BURADA REKLAMINIZ OLA
BİLƏR

Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verdi

KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur.

 

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın "KTMT Ermənistanın suverenliyi üçün təhlükədir" bəyanatına münasibət bildirərkən deyib.

 

O, Moskvanın Paşinyanla qəti şəkildə razılaşmadığını söyləyib. Qeyd edib ki, KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur.

 

"Rusiya Ermənistanla təmasları davam etdirir və davam etdirəcək. Ermənistan yaxın tərəfdaşdır", - deyə Kremlin sözçüsü əlavə edib.

 

APA

Tarix: 18 Sentyabr 2024, 13:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin