BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xalq Kapital”ın biznes itkiləri durmadan artır - 140 milyon manatı ötüb

 "Xalq Kapital İnvestisiya Şirkəti"nin birja itkiləri 142 milyon manata yaxınlaşıb. 

 

Pravda.az “Yeni Sabah”a istinadən xəbər verir ki, investisiya şirkətinin 2024-cü ilin yanvar-avqust aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 74 əqd üzrə 274,2  milyon manat təşkil edib. 

 

Başqa sözlə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 34,1% azalıb. Belə ki, ötən ilin eyni dövründə  "Xalq Kapital”ın dövriyyəsi  415,9 milyon manat təşkil edib.  vakansiya 2023

 

İnvestisiya şirkətinin bu dövrdə bağladığı əqdlərin sayı 156-dan 74-ə enib. 

 

Əqdlərinin orta dəyəri isə son bir ildə 2,67 milyon manatdan 3,7 milyon manata yüksəlib. 

 

İnvestisiya şirkətinin BFB-də dövriyyəsinin 178,5 milyon manatı  Mərkəzi Bankın qiymətli kağızları, 21,7 milyon manatı dövlət qiymətli kağızları, 4,4 milyon manatı korporativ qiymətli kağızlar, 69,6 milyon manatını isə repo əməliyyatarı təşkil edib. 

 

Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% “Xalq Bank” ASC-dir.

Tarix: 18 Sentyabr 2024, 16:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin