BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəzifəli şəxsin ikimərtəbəli mağazası üzə çıxdı - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin müdiri Muradov Kamran İnqilab oğlu İsmayıllı şəhəri, Heydər Əliyev prospektində, rayon İcra Hakimiyyətinin yaxlnlığında özünə sahəsi 454,5 kvadrat metr olan ikimərtəbəli, zirzəmili mağaza tikdirib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

C.Həsənli bildirib ki, bu ilin yanvarında Kamran Muradovun fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılsa da, İsmayıllı rayon İcra Hakimiyyətinin saytında onun hələ də DSMF-nin şöbə müdiri kimi fəaliyyət göstərdiyi qeyd olunur.

Fotoları təqdim edirik
Tarix: 11 İyun 2020, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin