BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazim İbrahimovun qardaşı ölkəni tərk etdi, İngiltərədə şirkət qurdu - SƏNƏD

ATV-nin keçmiş prezidenti, iş adamı Tağı İbrahimov da ötən ildən biznesini İngiltərəyə köçürüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

Diasporla iş üzrə dövlət komitəsinin sabiq sədri Nazim Ibrahimovun qardaşı Tağı İbrahimov ötən ilin fevralında Böyük Britaniyada STONE'S ENTERPRISES LTD-ni London, City Road 160, Kemp House hüquqi ünvanında qeydiyyatdan keçirib (qeydiyyat nömrəsi 11801002).

 

Tağı İbrahimovun ATV-ni hələ 2014-cü ildə 20 milyon manata satdığı barədə mətbuatda xəbərlər yayılıb.

Fotoları təqdim edirik
Tarix: 11 İyun 2020, 18:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin