BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağsu dolaylarında ata-oğulun öldüyü qəza ilə bağlı sürücüyə cəza verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Həsən Həsənlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 06 noyabr 2023-cü il tarixdə, saat 09:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 158-ci kilometrliyində Ağsu dolaylarından keçən hissəsində qeydə alınıb.


Belə ki, Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxıb və nəqliyyat vasitəsi dərəyə aşıb. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Daha sonra Həsən Həsənli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 

Kamal Məmmədov 

Tarix: 19 Sentyabr 2024, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin