BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəbiristanlıqda tanışlarını bıçaqlayan şəxs cinayət məsuliyyətindən azad edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd və qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən, yetkinlik yaşına çatmayan Rauf Əzizovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, zərərçəkmişlərlə barışdığından və həmin şəxslərə vurulmuş ziyanı tamamilə ödədiyindən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib. Rauf Əzizovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunub.

İttihama görə, hadisə 2023-cü ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Binə qəbiristanlığı”nda qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Rauf Əzizov şəxsi münasibətlər zəminində yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərlə mübahisə edib. Bu zaman o, cib bıçağı ilə həmin şəxsləri bıçaqlayıb.

Məhkəmə baxışı zamanı müəyyən edilib ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs həmin vaxt yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər tərəfindən təklənərək sol bazunun sıyrığı, sağ əlin II barmağının kəsilmiş yarası ilə müşayiət olunan zorakılığa məruz qalaraq döyülüb. Bu zaman o, həmin şəxsləri bıçaqlayıb.

 

Kamal Məmmədov 

Tarix: 19 Sentyabr 2024, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin