BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələn il pensiya və maaşlarda artım gözlənilir

Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır. Pravda.az Modern.az-a istinadən xəbər verir ki, sosial müdafiə və sosial təminat üzrə xərclərin büdcədə xüsusi çəkisi 12,6 faiz olacaq.

 

Müqayisə üçün bildirək ki, 2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər üçün 4 milyard 391 milyon 430 min 496 manat nəzərdə tutulub.

 

Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə sosial müdafiə və sosial təminat üzrə xərclər 13,8 faiz artırılır.

 

Sosial müdafiə və sosial təminat üzrə xərclərə pensiyalar, sosial müavinətlər, əmək haqları və s. aiddir.

Tarix: 19 Sentyabr 2024, 14:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin