BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Dağlıq Qarabağ ərazisini birləşdirən bəzi yerləri nəzarətə götürdü - RƏSMİ

Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

 

Bəyanatda qeyd edilir ki, strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir.

Tarix: 11 İyun 2020, 20:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin