BURADA REKLAMINIZ OLA
BİLƏR

“Baku Electronics”ə qarşı cinayət törədən şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə dələduzluq, quldurluq, saxta sənəd hazırlamada təqsirləndirilən Nicat Kərimovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Onun Cinayət Məcəlləsinin 181.2.2, 181.2.4, 181.2.5-ci (quldurluq) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilməsi və cəzalandırılmasına dair müddəalar xaric olunub. Nicat Kərimovun 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası 8 il 11 aya endirilib.

 

İttihama görə, Nərimanov rayonunda “Minera” MMC tikinti şirkətində hüquqşünas işləmiş Nicat Kərimov zərərçəkmiş İlham Abdullayevə qarşı dələduzluq edib. Belə ki, zərərçəkmişin evi plana düşüb. İlham Abdullayev Nicat Kərimovun işlədiyi şirkət tərəfindən tikilən binadan əlavə mənzil almaq istəyib. Nicat ona kömək edəcəyini deyərək, yalandan vəd verib və ondan ümumilikdə 55 565 manat pul alıb. Lakin bu məbləğin 8000 manatı təyinatı üzrə xərcələməyib. Zərərçəkmiş həmin pulu tələb edəndə, Kərimov onun üzərinə bıçaq çəkib.

 

Bundan əlavə, Nicat Kərimov sənəd saxtalaşdırılmasında da ittiham olunur. O, saxta sənədlə “Baku Electronics”dən 11 575 manatlıq “Iphone” və “Samsung” markalı telefonları almaq istəyib. Lakin bu vaxt sənədlərin saxta olduğu mağaza əməkdaşları tərəfindən müəyyən edilib.

 

Daha sonra Nicat Kərimov saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Nicat Kərimovun cəzasını 11 ilə endirib.  

 

Kamal Məmmədov

 

Tarix: 20 Sentyabr 2024, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin