BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qalatasaray" "Fənərbaxça"nı səfərdə 3:1 məğlub edib

Bu gün Türkiyə Super Liqasında "Qalatasaray" səfərdə "Fənərbaxça" ilə qarşılaşıb.

 

VI turda baş tutan oyun Atilla Karaoğlan tərəfindən idarə olunub.

 

Bakı vaxtı ilə saat 21:00-da "Ülker" stadionunda başlayan İstanbul derbisi Super Liqa tarixində 135-ci dəfə keçirilib.

 

İndiyə qədər baş tutan görüşlərin 53-ündə "Fənərbaxça", 37-də "Qalatasaray" qələbə qazanıb, 44 oyun isə heç-heçə nəticələnib.

 

Qarşılaşma qonaqların üstünlüyü ilə başlayıb. Erkən qollar vuran "Cimbom" ilk hissəni öndə tamamlayıb. "Sarı-qırmızılar" ikinci yarıda daha bir dəfə fərqlənib. Meydan sahiblərinin gücü isə yalnız təsəlli qoluna çatıb - 1:3.

 

Hazırda "Qalatasaray" 18 xalla turnir cədvəlinə başçılıq edir, Joze Mourinyonun komandası isə 13 xalla ikinci yerdədir.

 

21 sentyabr

 

Türkiyə Super Liqası

 

21:00. "Fənərbaxça" - "Qalatasaray" 1:3


Qollar: Edin Dzeko, 63 - Lukas Torreyra, 21, Dris Mertens, 28, Qabriel Sara, 60

 

Apasport

Tarix: 21 Sentyabr 2024, 23:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin