BURADA REKLAMINIZ OLA
BİLƏR

Teymur Mustafayev dəfn edildi

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

 

Pravda.az-ın xəbərinə görə, T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

 

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

 

Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il dünyasını dəyişib, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb.Report

Tarix: 12 İyun 2020, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin