BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur aparıcının məzarı naməlum şəxs tərəfindən dağıdıldı - FOTO

Şən və Hazırcavablar Klubu (ŞHK) televiziya verilişinin yaradıcısı və aparıcısı Aleksandr Maslyakovun məzarı naməlum şəxs tərəfindən dağıdılıb.

 

Kimliyi bəlli olmayan gənc xaçı qoparıb, həmçinin fotoşəkillər və çələngləri dağıdıb.

 

Şübhəli şəxs Novodeviçi qəbiristanlığında mühafizə xidməti tərəfindən saxlanılıb və hazırda polis tərəfindən dindirilir. İlkin məlumata görə, gənc alkoqollu içkinin təsirində olub.

 

Hadisə şahidlərinin verdiyi məlumata görə, yoldan keçənlər qeyri-adekvat hərəkətlər edən şəxsi fikrindən daşındırmağa və sakitləşdirməyə çalışsalar da o, heç kimi dinləməyərək məzarı dağıtmağa davam edib.

 

Kirill.K adlı gənc skuterlə qaçmağa çalışıb. Lakin o, hadisə yerindən çox da aralana bilməyib və təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

 

Məlumata görə, Maslyakovun məzarına hücum edən oğlanı qəbirləri təhqir etmək maddəsi ilə üç aya qədər həbs gözləyir.

 

19 yaşlı Kirill K. hadisə ilə bağlı dindirilir və tezliklə narkotik testinə göndəriləcək.

 

Musavat.com

Fotoları təqdim edirik
Tarix: 22 Sentyabr 2024, 21:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin