BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda koronavirusa hekayələr yazıldı

Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin qalibləri müəyyənləşib.

 

Mədəniyyət Nazirliyindən Pravda.az-a verilən məlumata görə, müsabiqəyə 417 hekayə təqdim olunub, 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməyib.

 

Komissiyanın 5 üzvü tərəfindən müsabiqəyə qəbul olunan 388 hekayənin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılmış və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlərə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilib.

 

“Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı hekayələr müsabiqənin qalibləri elan edilib:

 

I YER

 

Natiq Məmmədli “Taclı mələklər”

 

II YER

 

Sevinc Elsevər “A quşlarım, getməyin...”

 

III YER

 

Cavi Dan  “Ev”

 

Xüsusi mükafat üzrə

 

Reyhan Yusifqızı “Həkimin gündəliyi”

 

Əkbər Qoşalı “İradə, mən ölürəm...”

 

Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin  I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min), xüsusi mükafat üzrə qaliblərə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

 

Qısa zamanda qaliblərin mükafatlandırılması xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına müvafiq olaraq təşkil ediləcək.

Tarix: 12 İyun 2020, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin