BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə çay evində gənci öldürən şəxslə bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində Göygöl rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 1999-cu il təvəllüdlü Cəlal Apiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
 

İttihama görə, 15 fevral 2022-ci il tarixdə Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədov qətlə yetirilib. Onu tanışı Cəlal Apiyevin qətlə yetirməsi müəyyən edilib.
 

Hadisə Göygöl şəhərində çay evlərindən birində baş verib.
 

İstintaq orqanı tərəfindən Cəlal Apiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Kamal Məmmədov

 

Tarix: 24 Sentyabr 2024, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin