BURADA REKLAMINIZ OLA
BİLƏR

Yollarda təcili yardım maşınları üçün ayrıca zolaq ola bilərmi? - AÇIQLAMA

"Təcili yardım maşınları üçün ayrıca zolağın olması, əlbəttə ki, vacibdir. Amma bunu necə təmin etmək olar? Yol infrastrukturunu o dərəcədə təkmilləşdirməliyik ki, bu, mümkün olsun. İndiki şərtlərdə, xüsusilə də, Bakıda təcili yardımlar üçün ayrıca zolaq ayırmaq çox çətindir. Avtobus üçün ayrı, təcili yardım üçün ayrı yol, velosiped üçün ayrı yol... Onda gərək maşınlar hərəkət etməsin. Maşınların hərəkət etməməsi isə böyük tıxac məsələsini gündəmə gətirir. Buna görə də müzakirə edib, yolunu tapmalıyıq. Çünki əks halda bu, yenə də böyük problem olaraq qarşımıza çıxacaq. Hər halda bu, peşəkarların müzakirə edəcəkləri mövzudur".

 

Bu sözləri Pravda.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

"Mən də istərdim ki, təcili yardım maşınlarının rahat hərəkəti ilə bağlı imkan olsun. Yol infrastrukturu buna uyğun deyilsə, uyğunlaşdırmaq da xeyli çətindir. O dərəcədə geniş yol şəbəkəsi olmalıdır ki, təcili yardımı da nəzərə alasan, ayrıca xətt üzrə hərəkət edə bilsin. Bu, çox çətin məsələdir və indi gerçəkləşdirmək mümkünsüzdür", - komitə sədri bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 24 Sentyabr 2024, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin