BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahin Sərdarlı təltif edildi - FOTO

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi  həmkarlar ittifaqındakı səmərəli fəaliyyəti ilə əlaqədar Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, yazıçı-jurnalist Şahin Sərdarlını Fəxri Fərmanla təltif edib.

 

Şahin Sərdarlı bu vəzifəni ötən ilin fevral ayından icra edir. Günümüzədək ADU THİK tərəfindən müxtəlif kampaniyalar tərəfindən 36 tələbənin təhsil haqqı xərcinə dəstək göstərilib, 50-dən çox tələbə işlə təmin edilib, 10-a yaxın tələbənin müalicəsinə dəstək göstərilib, 50 nəfərdən çox tələbə əlavə təqaüd alıb, bundan başqa universitetin IV kurs tələbəsi, gənc yazıçı Səddam Laçının kitabının nəşr olunmasına THİK tərəfindən dəstək göstərilib, bütün bu prosesslər uğurla davam edir. Bu ilin mart ayından  koronavirus pandemiyası ilə əlaqədar aztəminatlı ailələrdən olan 150-dən çox tələbəyə birdəfəlik maddi yardım,  yataqxanada yaşayan tələbələr üçün bir neçə dəfə ərzaq yardımı verilib.

Fotoları təqdim edirik
Tarix: 12 İyun 2020, 14:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin