BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan Paşinyanla görüşdü - YENİLƏNDİ

Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə edilib.

 

Ərdoğan Türkiyənin Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına və yeni dövrdə iki ölkə arasında möhkəm dostluğun qurulmasının tərəfdarı olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.

 

Ərdoğan Türkiyə ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib.

 

Bundan əlavə, Prezident Ərdoğan görüş zamanl Paşinyana müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edib.

 

APA

 

***

00:03

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

 

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Qeyd olunub ki, görüş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub./APA

 

Ərdoğan Paşinyanla görüşüb

Tarix: 25 Sentyabr 2024, 02:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin