BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azekon Construction"la bağlı protokol tərtib olundu, məhkəmə isə ləğv etdi - YENİLƏNDİ

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Azekon Construction” MMC-yə tətbiq etdiyi inzibati xəta haqqında protokol məhkəmə proseslərində araşdırılıb.

 

Bu barədə Pravda.az-a şirkətdən məlumat verilib.

 

Bildirilib ki, nəticədə protokol ləğv edilib.

 

****

2024-09-26

 

"Azekon Construction" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 1 Dekabr 2024, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin