BURADA REKLAMINIZ OLA
BİLƏR

“Öz itini gəzdirəndən sonra qonşuya vermək qadağandır”

“Binalarda yaşayan insanların ev heyvanları var. Xahiş edirik ki, insanlarımız onlara heyvanların küçəyə çıxarılması ilə bağlı yaradılmış imkandan sui-istifadə etməsinlər”.

Pravda.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. 

O bildirib ki, karantin günlərində bir nəfərin öz itini gəzdirdikdən sonra başqasına, qonşusuna verməsi qadağandır: "Yoxsa heyvanı bir- iki saat özü çıxarsın, sonra qonşusuna versin. Bu kimi hallar yaşanmamalıdır. Vəziyyətin ciddiliyi nəzərə alınaraq tələb edilən qaydalara əməl etmək lazımdır. Belə hallara ciddi nəzarət olunacaq”.Qafqazinfo

Tarix: 12 İyun 2020, 17:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin