BURADA REKLAMINIZ OLA
BİLƏR

Müxalifyönlü partiya sədri ağacəkmə aksiyasını dəstəklədi

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkə ərazisində həyata keçirilən ağacəkmə aksiyasını dəstəkləyib.

 

A.Şakiroğlu Pravda.az-a açıqlamasında deyib ki, rəhbərlik etdiyi partiya bütün xoşniyyətli, mədəni, ekoloji və digər dünyəvi layihələri hər zaman dəstəkləyir.

 

“Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman kreativ hesab ediləcək layihələrin müəllifi olub. Buna misal olaraq idman və mədəniyyət sahəsində həyata keçirilmiş böyük layihələri göstərmək olar. Dekabrın 6-da həyata keçirilən ağacəkmə kampaniyası da bu mədəni tədbirlər silsiləsindən biridir. Hesab edirəm, bu kampaniya eyni zamanda bəzi icra başçılarına, ekologiyanın, təbiətin düşməninə çevrilmiş bir sıra məmurlara sərt mesajdır. Tamah məqsədilə yaşıllıqları məhv etmiş, böyük parkları düzənliyə çevirərək satmış bəzi icra başçıları bu kampaniyadan nəticə çıxarmalıdırlar – A.Şakiroğlu qeyd edib.

 

GAP sədri vurğulayıb ki, siyasi baxışından asılı olmayaraq hər kəs ölkənin yaşıllaşdırılmasına, abadlaşdırılmasına zaman ayırmalıdır: “Bu məmləkət hər birimizindir. Ağacəkmə kampaniyalarına dəvət edilsək, məmnuniyyətlə iştirak edərik”.

 

Qeyd: Dahi şair Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Bir gün ərzində 650 min ağac əkək” təşəbbüsü çərçivəsində dekabrın 6-da resbublikanın bütün regionlarında 650 mindən çox ağac əkilib.

Fotoları təqdim edirik
Tarix: 7 Dekabr 2019, 11:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin