BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manat inşa etdirəcək

Babək Rayon İcra Hakimiyyəti (RİH) Nehrəm qəsəbəsində üç ədəd sanitar qovşağın tikintisinin satınalınması ilə bağlı tender elan edib. İqtisadiyyat.az xəbər verir ki, sanitar qovşaqların hər birinin sahəsi 32 kvadrat metr nəzərdə tutulub.

 

Sanitar qovşaqların hər biri bünövrədən tikilərək və bütün aksesuarlarla təchiz olunaraq tam istifadəyə veriləcək.

 

Babək Rayon İcra Hakimiyyəti üç sanitar qovşağın tikilərək zəruri avadanlıqlarla tam təchiz olunmasının 175 min manata başa gələcəyini proqnozlaşdırıb.

Tarix: 30 Sentyabr 2024, 15:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin