BURADA REKLAMINIZ OLA
BİLƏR

"Xalq Sığorta"nın vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Xalq Sığorta" ASC-nin vəzifəli şəxsini 300 manat cərimə edib.

 

Pravda.az bu barədə AMB-yə istinadən xəbər verir.

 

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Sığorta fəaliyyəti haqqında” qanunun 78-ci maddəsinin tələblərinin pozulduğu məlum olub. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq sığorta şirkətinin əməkdaşına qarşı tədbir görülüb.

Tarix: 30 Sentyabr 2024, 17:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin