BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi ona irad bildirən arvadını döydü - HÖKM

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Teymur Muradovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

 

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. 

 

İttihama görə, hadisə 12 mart 2024-cü il tarixdə, saat 23 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Teymur Muradov ailə üzvləri ilə birlikdə yaşadığı evdə həyat yoldaşı, zərərçəkmiş Banu Muradova (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə qadının ona ailəsinə lazımi diqqət yetirmədiyinə görə şifahi irad bildirməsi olub. Bundan əsəbiləşən təqsirləndirilən şəxs arvadının üzərinə hücum edib ayaq, əl və yumruq zərbələri ilə onun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirərək xəsarət yetirib.

 

Hadisədən sonra Teymur Muradov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

 

Tarix: 1 Oktyabr 2024, 09:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin