BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətəndaşları hərbi xidmətdən yayındıran şəxsdən xəbər var

Rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Siruz İbadovun barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Rəsmi məlumata əsasən, saxta sənədlər hazırlamaqla vətəndaşların hərbi xidmətə çağırışdan yayındırılması faktları üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

 

İstintaqla Siruz İbadovun sosial şəbəkədə yaratdığı “Asangroup Xaricdə Təhsil” adlı səhifə vasitəsilə ona müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq vətəndaşların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmasına dair saxta arayışlar hazırlaması, bu yolla da vətəndaşlara hərbi xidmətə çağırışdan möhlət verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.

 

İş üzrə toplanmış sübutlar əsasında Siruz İbadova Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən və vəzifədən azad edən rəsmi sənədi qanunsuz hazırlama və satma) maddəsi ilə ittiham elan edilərək təqsirəndirilən şəxs qismində tanınıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

 

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, protest təmin edilib, Nərimanov Rayon Məhkəməsinin çıxardı şərti hökm dəyişdirilib. Hökmdən Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric olunub. Belə ki, o, 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. Siruz İbadov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalından həbs edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 1 Oktyabr 2024, 09:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin