BURADA REKLAMINIZ OLA
BİLƏR

Doğuş zamanı körpənin ölümünə səbəb olan həkim qərardan şikayətçidir

Səhlənkarlıqda təqsirləndirilən Arzu Bədəlovanın barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə 04 yanvar 2022-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

 

Belə ki, rayon sakini A.Orucəliyeva gecə saat 3 radələrində xəstəxanaya daxil olub. Günorta saat 14 radələrində isə körpə ölü doğulub.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi əsasında, doğuşu həyata keçirən həmin xəstəxananın həkim-ginekoloqu Arzu Bədəlova istintaqa cəlb olunub. 

 

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin çıxardığı 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəza hökmü dəyişdirilib. Belə ki, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

 

Kamal Məmmədov

 

Tarix: 1 Oktyabr 2024, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin