Astara rayon F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktorunun katibəsi Validə Məmmədovanın barəsindəki hökmdən yenidən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası oktyabrın 4-nə təyin edilib.
Şikayət hakim Pərviz Hacıyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Astara Rayon Məhkəməsində V.Məmmədova barəsində direktor Ülviyyə Bayramovanın etdiyi xüsusi ittiham qaydasındakı şikayətə baxılıb. Ü.Bayramova katibənin Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan) maddəsinə uyğun cəzalandırılmasını tələb edib.
Araşdırmalar zamanı məlum olub ki, Validə Məmmədova direktora oğlunu işə götürülməsi ilə bağlı müraciət edib.
Ü.Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə iştirakçılarından müraciət edən olmayacağı təqdirdə V.Məmmədovanın oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirib.
Lakin məktəbdə yaranmış vakant yerə şəhid ailəsi üzvünün götürülməsi V.Məmmədovanın direktora qarşı münasibətinin dəyişməsinə səbəb olub. V.Məmmədova müxtəlif dövlət orqanlarına şikayət məktubları yazaraq direktoru rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. Şikayət məktubları araşdırılıb, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilib.
Direktor Ü.Bayramova məhkəmədə V.Məmmədovanın qanunun tələbinə uyğun şəkildə cəzalandırılmasını tələb edib. V.Məmmədova isə özünü təqsirli bilməyib.
Astara Rayon Məhkəməsi direktorun şikayətini təmin edib. V.Məmmədovaya qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay islah işləri cəzası verilib. Ali Məhkəmə isə qərarı tamamilə ləğv edib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Xatırlatma: Bu ilin sentyabr ayında məktəb direktoru Ü.Bayramova Validə Məmmədovanın həyat yoldaşı, həmin elm ocağında gözətçisi işləyən Halik Nəcəfov tərəfindən bıçaqlanıb.
Kamal Məmmədov
21 Aprel 00:58
21 Aprel 00:47
21 Aprel 00:26
21 Aprel 00:23
21 Aprel 00:21
21 Aprel 00:20
21 Aprel 00:16
21 Aprel 00:12
21 Aprel 00:11
20 Aprel 23:56
20 Aprel 20:40
20 Aprel 20:24
20 Aprel 19:42
20 Aprel 19:35
20 Aprel 19:21
20 Aprel 18:09
20 Aprel 16:49
20 Aprel 16:32
20 Aprel 16:29
20 Aprel 16:01
20 Aprel 15:56
20 Aprel 15:53
20 Aprel 15:44
20 Aprel 15:32
20 Aprel 14:45
20 Aprel 14:43
20 Aprel 14:42
20 Aprel 14:39
20 Aprel 14:27
20 Aprel 14:09
20 Aprel 13:31
20 Aprel 13:18
20 Aprel 12:55
20 Aprel 12:53
20 Aprel 12:19
20 Aprel 12:17
20 Aprel 12:15
20 Aprel 11:55
20 Aprel 11:06
20 Aprel 10:57
20 Aprel 10:24
20 Aprel 09:45
20 Aprel 09:44
20 Aprel 09:43
20 Aprel 09:40
20 Aprel 09:35
20 Aprel 09:34
20 Aprel 09:34
20 Aprel 09:33
20 Aprel 09:32
20 Aprel 09:30
20 Aprel 09:29
20 Aprel 09:28
20 Aprel 09:28
20 Aprel 09:27
20 Aprel 09:21
20 Aprel 01:13
19 Aprel 21:00
19 Aprel 20:59
19 Aprel 20:56
19 Aprel 20:52
19 Aprel 20:49
19 Aprel 20:48
19 Aprel 20:44
19 Aprel 20:40
19 Aprel 19:45
19 Aprel 19:37
19 Aprel 19:23
19 Aprel 18:54
19 Aprel 18:51
19 Aprel 18:30
19 Aprel 17:50
19 Aprel 17:30
19 Aprel 17:27
19 Aprel 17:22
19 Aprel 17:15
19 Aprel 17:01
19 Aprel 16:56
19 Aprel 16:47
19 Aprel 16:39
19 Aprel 16:35
19 Aprel 16:26
19 Aprel 16:20
19 Aprel 16:15
19 Aprel 15:59
19 Aprel 15:52
19 Aprel 15:37
19 Aprel 15:31
19 Aprel 15:22
19 Aprel 14:01
19 Aprel 13:58
19 Aprel 13:20
19 Aprel 13:19
19 Aprel 13:18
19 Aprel 13:15
19 Aprel 13:13
19 Aprel 13:11
19 Aprel 12:40
19 Aprel 12:37
19 Aprel 12:36
19 Aprel 12:34
19 Aprel 12:33
19 Aprel 12:24
19 Aprel 12:22
19 Aprel 12:18
19 Aprel 12:15
19 Aprel 11:51
19 Aprel 11:40
19 Aprel 11:31
19 Aprel 11:22
19 Aprel 11:05
19 Aprel 11:02
19 Aprel 10:58
19 Aprel 10:46
19 Aprel 10:44
19 Aprel 10:04
19 Aprel 09:42
19 Aprel 09:38
19 Aprel 09:15
19 Aprel 09:13
19 Aprel 09:05
19 Aprel 07:59
19 Aprel 07:36
19 Aprel 07:30
19 Aprel 07:28
19 Aprel 07:17
19 Aprel 01:49
19 Aprel 01:46
19 Aprel 01:44
19 Aprel 01:41
19 Aprel 01:40
19 Aprel 01:36
19 Aprel 01:35
19 Aprel 01:29
19 Aprel 01:27
19 Aprel 01:25
19 Aprel 01:23
19 Aprel 01:21
19 Aprel 00:53
18 Aprel 22:38
18 Aprel 22:35
18 Aprel 22:34
18 Aprel 22:31
18 Aprel 22:30
18 Aprel 22:26
18 Aprel 22:18
18 Aprel 21:39
18 Aprel 21:28
18 Aprel 21:25
18 Aprel 21:21
Ən son xəbərləri səhifəmizdən də izləyin