BURADA REKLAMINIZ OLA
BİLƏR

Qohumunu güllələyərək öldürən şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən Sərvan Hacıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsnin hökmü ilə S.Hacıyev 11 il azadlıqdan məhrum edilib.


Qeyd: Bərdə Rayon Polis Şöbəsinə ötən il yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi və qohumu İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilmiş İ.Hüseynov ölüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayətin aləti olan “Adler Arms” markalı ov tüfəngi götürülüb.

 

Kamal Məmmədov 

Tarix: 1 Oktyabr 2024, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin