BURADA REKLAMINIZ OLA
BİLƏR

Yevda Abramov harada dəfn olunacaq? - AÇIQLAMA

Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, bunu Report-a açıqlamasında Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

 

O bildirib ki, atası ilə vida mərasimi dekabrın 8-də saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.

 

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

 

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Tarix: 7 Dekabr 2019, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin