BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəngilan şəhərində təməli qoyulan altıncı yaşayış kompleksində 177 mənzil olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.

 

Pravda.az xəbər verir ki, dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verildi.

 

Bildirildi ki, yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarnın yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq.

 

Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.

 

Prezident İlham Əliyev altıncı yaşayış məhəlləsinin təməlini qoydu.

Tarix: 3 Oktyabr 2024, 18:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin