BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ” öz meydanında “Malmö”yə məğlub olub

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Pravda.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasında Liqa mərhələsinin II turunun matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri İsveç “Malmö”sü ilə üz-üzə gəliblər. Təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Birinci turda “Tottenhem”ə 0:3 hesabı ilə uduzan Ağdam klubu bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Çempionumuz erkən qol vursa da, qonaqlar iki dəfə fərqləniblər.


Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 24-də keçirəcək. 11 qat ölkə çempionumuz III turda Niderland təmsilçisi “Ayaks”ı qəbul edəcək.

Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr
20:45. “Qarabağ” – “Malmö” - 1:2
Qollar: Olavio Juninyo, 15 - Erik Botheim, 19; 47

Tarix: 3 Oktyabr 2024, 22:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin