BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Bu iki günü hamı evdə kondisioneri qoşacaq, təmiz hava almayacaq”

“İndi 35 dərəcə isti var, sabah-birigün də çox isti olacaq. Yüz dəfə dedik: 48 saat qapalı məkanları, Malları, qeyri-ərzaq, hətta ərzaq dükanlarını, kafe-restoranları bağlayın, ictimai nəqliyyatı da dayandırın - virus oralarda yayılır, açıq və isti havada tək-tək, ya ailə üzvləri iıə birgə digər insanlarla sosial məsafə saxlayaraq piyada gəzməklə virus yayılmaz! Bu mümkün deyil, hətta günəşdə, təmiz gavada gəzmək virusun qarşısını alır!”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

 

N.Cəfərli qeyd edib ki, bu iki günü hamı evdə kondisioneri qoşacaq, təmiz hava almayacaq, yürüməyəcək, nəticədə soyuqlayan insanların sayı kəskin artacaq: “Sonra da qızdırma, öskürək - adi soyuqlaması olan ilə virus simptomları olan adamlar bir-birinə qarışacaq...”

Tarix: 13 İyun 2020, 19:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin