BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur müğənni və bəstəkar 34 yaşında vəfat etdi - FOTO

Məşhur müğənni və bəstəkar Cek Kolvel 34 yaşında Avstraliyada vəfat edib. 

 

Pravda.az publika.az-a istinadən xəbər verir ki, Kolvel yaxın gələcəkdə ikinci musiqi albomunu buraxmağı planlaşdırırdı.

 

"Swandream" adlı ilk studiya albomu 2020-ci ildə işıq üzü görüb.

 

İlk albomunun buraxılışından beş il əvvəl Kolvel debüt sinqlı "Don't Cry That Tears"ı sevənlərinə təqdim edib. O zaman bu, ilin ən yaxşı Avstraliya sinqllarından biri kimi tanınırdı. Həmin mahnının ərsəyə gəlməsi üçün sənətçiyə məşhur müğənni Sara Blasko prodüserlik edib.

 

Sentyabrın 24-də elan edilən ikinci albomun ölümündən sonra çıxıb-çıxmayacağı məlum deyil.

 

Kolvellin ölüm səbəbi hələ açıqlanmayıb.

 

Xatırladaq ki, oktyabrın 26-da musiqiçi 35 yaşını qeyd etməli idi.

 

Tarix: 6 Oktyabr 2024, 00:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin