BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtobus sürücüsü sərnişini döydü

Bakıda döyülmə hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, dekabrın 4-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Daewoo” markalı 166 saylı xətt avtobusunun sürücüsü xuliqanlıq zəminində qəsəbə sakini E.Zeyniyevi döyüb.

 

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, Bakı şəhər sakini K.Nəzərov saxlanılıb.

Tarix: 7 Dekabr 2019, 13:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin