BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslər avtomobillərindən istifadə edə bilərlər - RƏSMİ

Paytaxtda Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

 

Bakı şəhər Baş Polis İdarəsindən Pravda.az-a verilən məlumata görə, şəhərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

 

Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım  avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkətinə icazə verilir.

 

Tarix: 14 İyun 2020, 11:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin