BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada zəncirvari qəza: Ayı maşınları bir-birinə

Rusiyanın İrkutsk vilayətində yolda uzanmış ayı zəncirvari qəzaya səbəb olub.

 

Bu barədə Rusiya Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin regional idarəsindən məlumat verilib.

 

Qurumdan bildirilib ki, hadisə Bratsk-Ust-İlimsk avtomobil yolunun 138-ci kilometrliyində baş verib.

 

İlkin məlumatlara görə, daha əvvəl başqa bir sürücü tərəfindən vurulmuş ayı yolda qalıb. Digər avtomobilin sürücüsü də heyvanın üzərinə sürüb, daha sonra isə çuxura düşüb.

 

Yaxında olan yük maşınının sürücüsü qəzanın ilk iştirakçısına kömək etmək istəyib, lakin həmin zaman yolla hərəkət edən digər bir avtomobilin qadın sürücüsü əyləci basa bilməyib və yük maşınına çırpılıb.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb./Oxu.az

 

Rusiyada zəncirvari qəza: Ayı maşınları bir-birinə "çırpdı"

Tarix: 8 Oktyabr 2024, 13:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin