Reklam

Hacı İbrahim: “Reketliklə məndən pul ala biləcək kişi hələ dünyaya gəlməyib"

Hacı İbrahim Nehrəmli: "Reketçilik yolu ilə məndən pul ala biləcək kişi hələ dünyaya gəlməyib"

 

Azərbaycanın keçmiş baş prokuroru İlyas İsmayılovun Türkiyədə qətlə yetirilən oğlu Etimad İsmayılovun ölümü ilə bağlı təqsirləndirilən Gözəl Dəmirovun İstanbul məhkəməsində verdiyi ifadə qalmaqala səbəb olub.

 

Özünü E.İsmayılovun qətlində haqlı çıxarmağa çalışan G.Dəmirov mərhumun barəsində kəskin ittihamlar səsləndirib.

 

G.Dəmirov iddia edir ki, E.İsmayılov Türkiyədə və digər ölkələrdə biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı iş adamlarına qarşı reketçiliklə məşğul olurmuş. G.Dəmirov məhkəmədəki ifadəsində bunları bildirib:

 

“Hadisənin bu həddə çatmasına səbəb Etimad İsmayılovun mənə etdiyi hədələr və təhqirlərlə zorla sənəd imzalatması oldu. Baş verənlərə görə çox peşmanam. İsmayılov Türkiyədəki varlı azərbaycanlı vətəndaşları araşdırıb, daha sonra bir səbəb-bəhanə ilə onların mal-mülkünü ələ keçirmək üçün hədə-qorxu gəlirmiş. Azərbaycandan olan Hacı İbrahimdən (Hacı İbrahim Nehrəmli – red.) də bu yolla pul aldığını demişdi”.

 

G.Dəmirovun iddiasına görə, Hacı İbrahimlə Etimad İsmayılov arasındakı münasibətlərlə bağlı hadisəyə aydınlıq gətirmək üçün Demokrat.az adı çəkilən azərbaycanlı iş adamı ilə əlaqə saxlayıb.

 

Hacı İbrahim Nehrəmli bildirib ki, G.Dəmirovla münasibətinin olmasına baxmayaraq, mərhum Etimad İsmayılovla heç bir əlaqəsi olmayıb:

 

"Gözəl Dəmirovu çoxdan tanıyıram. Hətta, uzun illər əvvəl onun atasının vəfatı ilə əlaqədar yas məclisində də iştirak etmişəm. Bu şəxslə hər hansı biznes əlaqələrim olmayıb. Etimad İsmayılova gəlincə, İlyas İsmayılovun bu adda oğlunun olduğunu yalnız qətl hadisəsindən sonra bilmişəm. Gözəl Dəmirovun ifadəsində barəmdə dediklərini inkar edirəm. Ümumiyyətlə, reketliklə məndən pul ala biləcək kişi hələ dünyaya gəlməyib".

Tarix: 7 Dekabr 2019, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin