BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını evə gec gəldiyinə görə döyən şəxsə elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Habil Tahirovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 10 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.


İttihama görə, hadisə 28 aprel 2024-cü il tarixdə, gecə saat 22:30 radələrində Abşeron rayonu, Digah qəsəbəsində qeydə alınıb.


Belə ki, Habil Tahirov keçmiş arvadı, zərərçəkmiş Gülarə Fərəcovanın (ad, soyadı şərti) işdən evə gec saatlarda taksi ilə gəlməsi ilə bağlı qısqanclıq zəminində mübahisə edib, eyni zamanda qadını övladlarına lazımi diqqət göstərməməsində günahlandırıb. Bu zaman o, zərərçəkmiş şəxsin üzərinə hücum edib qəsdən onun qol nahiyəsindən tutub sıxaraq şillə, yumruqla Gülarənin sifət, baş və bədən, təpiklə isə ayaq, baldır nahiyələrinə ardıcıl zərbələr endirib.


Hadisədən sonra qadının şikayəti əsasında saxlanılan Habil Tahirov cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 10 Oktyabr 2024, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin