BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda Türkiyə vətəndaşı qayınatasının qonşusunu döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Türkiyə vətəndaşı Hasan Kaplanın (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1500 manat məbləğində cərimə cəzasına məhkum olunub.

 

İttihama görə, hadisə bu ilin yayında, saat 10:15 radələrində Abşeron rayonu, Saray qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Türkiyə vətəndaşı, 2000-ci il təvəllüdlü Hasan Kaplanın qayınatası ilə qonşuluqda yaşayan zərərçəkmiş Malik Məmmədov (ad, soyadı şərti) arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə onıarın hasar çəkilməsinə və bunun üçün aparılan qazıntı işlərinə zərərçəkmişin mane olması olub. Bu zaman Hasan da mübahisəyə qoşulub. Nəticədə o, Malikin sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi endirərək ona xəsarət yetirib.

 

Hadisən sonra Malik Məmmədov DİN-in “102 xidməti”nə müraciət edib və Hasan Kaplan saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 10 Oktyabr 2024, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin