BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda atasını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda atasını bıçaqlamaqda təqsirləndirilən Ömər Soltanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Aytən Əliyevanın icraatına verilib.

 

Qeyd: Hadisə bu ilin yayında paytaxtın Pirallahı rayonunda qeydə alınıb.

 

Belə ki, 25 yaşlı Ömər Soltanovla yaşadıqları evdə atası Famil Soltanov arasında münaqişə yaranıb. Münaqişə zamanı oğul atasına bıçaqla zərbə endirib. Daha sonra Ömər Soltanov saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 10 Oktyabr 2024, 10:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin