BURADA REKLAMINIZ OLA
BİLƏR

7 milyon manatlıq mənimsəmə işində təqsirləndirilənlər yenidən məhkəmə qarşısında

Bakıda Samil Kamil oğlu, Fərəhim Səfərov və Yelena Kudinovanın cinayət işi üzrə məhkəməsi başlayır.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

 

Zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınır.

 

İttihama görə, təqsirləndirilən şəxslər 7 milyon manatdan çox vəsait dələduzluq yolu ilə ələ keçiriblər. Onlar mehmanxanalar, "Sədərək" ticarət mərkəzi, digər iaşə obyektlərində ƏDV-ləri qanunsuz olaraq leqallaşdırıblar. İstintaq sənədlərinə görə, təqsirləndirlilən şəxslər müxtəlif şirkətlərdə işləyiblər.

 

Təqsirləndirlilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurma) maddəsi ilə təqsirilirlər. Bundan əlavə, Samil Kamilli əlavə olaraq Cinayət Məcəlləsinin 193-1.2.3-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

 

Qeyd: Bu cinayət işi üzrə bir neçə nəfərin cinayət işi ayrıca icraata verilib.

 

Daha əvvəl həmin şəxslərin cinayət işi üzrə məhkəməsi başlamışdı. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Samil bildirib ki, ona ittiham aktı verilməyib. O, cinayət işi ilə tanış ola bilməyib. İş yenidən ibtidai istintaqa qaytarılıb.

 

Kamal Məmmədov

Tarix: 10 Oktyabr 2024, 10:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin