BURADA REKLAMINIZ OLA
BİLƏR

Bacısının 7 yaşlı oğlunu döyərək öldürən çobanın ibtidai istintaqı yekunlaşdı

Ağcabədidə qətl törətməkdə təqsirləndirilən Natiq Babayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Cavid Səfərlinin icraatına verilib.

 

Qeyd: Hadisə bu il iyunun 9-da saat 16 radələrində Ağcabədi rayonunun Pərioğullar kəndində qeydə alınıb. Fermada çoban işləyən 39 yaşlı Babayev Natiq Mayıl oğlu otlaq sahəsində bacısı oğlu 7 yaşlı Əhmədov Anar Yasin oğlunun başına ağacla bir neçə dəfə zərbə vurub.

 

Azyaşlı aldığı xəsarətlərdən ölüb.

 

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 10 Oktyabr 2024, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin