BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Zərurət olmadığı təqdirdə evdən çıxmayaq”

Əziz seçicilərim, dəyərli ağdaşlılar və dostlar!

 

Bildiyimiz kimi COVİD-19 pandemiyası bütün dünya ölkələrində tüğyan edir. Çox təəssüflər olsun ki, son günlər ölkəmizdə də virusa yoluxma halları artmaqdadır və hələ ki, bu tendensiya davam edir.

 

Cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən pandemiyaya qarşı ilk günlərdən ciddi mübarizə tədbirləri görülür. Ümumölkə miqyasında karantin rejmi tətbiq edildiyi müddət ərzində yoluxma sayını minimum həddə saxlamaq mümkün oldu. Lakin yumşaltma prosesi başladıqdan sonra yoluxma sayı artaraq sağalma sayını üstələdi. Bu tendensiyanın dəyişməsi üçün hər birimiz çox diqqətli olmalı, sosial təcrid qaydalarına sözsüz əməl etməli, ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskalardan istifadə edərək sosial məsafə saxlamalıyıq. Əks halda daha ciddi və qarşısı alınmaz bir vəziyyət yarana və xoşagəlməz durumla üz-üzə qala bilərik. Dövlətimiz tərəfindən tətbiq olunan bütün qaydalara və karantin rejminin tələblərinə əməl etmək hər birimizin sağlamlığı üçündür. İlk növbədə özümüzü, yaxınlarımızı, cəmiyyətimizi və dövlətimizi düşünməliyik. Zərurət olmadığı təqdirdə evdən çıxmayaq, çıxmaq məcburiyyətində qaldıqda isə tələb olunan qaydalara ciddi əməl edək.

 

Allah xalqımızı və dövlətimizi bu bəladan tezliklə hifz eləsin. Biz bunu öz əməllərimizlə də tezləşdirə bilərik. Axı #BizBirlikdəGüclüyük!

 

Cavid Osmanov

 

Milli Məclisin deputatı

Tarix: 14 İyun 2020, 20:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin