BURADA REKLAMINIZ OLA
BİLƏR

İqtisadiyyat Nazirliyi ilə “AzİnTelecom” üz-üzə – MƏHKƏMƏ

İqtisadiyyat Nazirliyi ilə “Azerbaijan İnternational Telekom (AzİnTelecom)” MMC məhkəməlik olub.

 

Pravda.az Tribunainfo.az-a istinadən xəbər verir ki, iddianı “AzİnTelecom” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Tərəflər vergi məsələləri üzrə yaranmış problem səbəbindən üz-üzə gəlib.

 

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 7 noyabr tarixində hakim Mehriban Qarayevanın sədrliyi ilə işə baxılacaq.

 

Qeyd edək ki, “AzİnTelecom” MMC-nin rəhbəri Elxan Əzizovdur.

 

Tərəfləri dinləməyə hazırıq.

Tarix: 11 Oktyabr 2024, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin