BURADA REKLAMINIZ OLA
BİLƏR

Seyran Səxavət: “Kişilik kiloqramla ölçülmür, ay Manaf”

“Manafın yerlim olmağının bu söhbətə dəxli yoxdur, amma mən inanmıram ki, o, bunu ciddi desin. Əgər ciddi deyibsə, kiloqramla kişilik ölçülmür, elə olsaydı, aləm bir-birinə qarışardı”

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Seyran Səxavət deyib.

 

O, müğənni Manaf Ağayevin dedikləriylə razılaşmadığını bildirib:

 

“Biz məktəbdə oxuyan vaxtları dəftərin arxasında ölçü vahidləri var idi. Manafın yerlim olmağının bu söhbətə dəxli yoxdur, amma mən inanmıram ki, o, bunu ciddi desin. Əgər ciddi deyibsə, kiloqramla kişilik ölçülmür, elə olsaydı, aləm bir-birinə qarışardı. Kişilikdən söhbət gedirsə, bu, başqa bir çəkidir. Bu, cəmiyyətlə, ictimai həyatımızla, ətraf mühitdən, öz ailəndən, bölgəndən, respublikandan və xaricdən necə görünməyindən asılıdır. Düzdü, Manafı mən elə dərindən tanımıram, amma inanmıram bunu o mənada desin. Əgər o mənada deyibsə, buna söz tapmıram. Kişinin çəkisi kiloqramla ölçülməz. Söhbət böyük kişilikdən, şəxsiyyətdən, insandan, mənəviyyatdan gedirsə, kişinin çəkisini nəylə ölçmək olar, hələ bu kəşf olunmayıb. Mən inanmaq istəyirəm ki, Manaf bunu zarafat edib. Əgər ciddi söz deyibsə, kişilik kiloqramla ölçülmür, ay Manaf”.

 

Qeyd edək ki, müğənni Manaf Ağayev verilişdə “110 kilo çəkim var. Əsl kişi çəkisindəyəm deyib.Moderator

 

Tarix: 15 İyun 2020, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin