BURADA REKLAMINIZ OLA
BİLƏR

65 yaşdan yuxarı insanların yenidən çölə çıxmasına qadağa qoyulur? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi ölkə ərazisində gündəlik koronavirusa yoluxanların sayı 300-ü keçdiyinə görə karantin rejimində yenidən sərtləşmə tətbiq edilir. Hətta keçən həftə şənbə-bazar günləri insanların çölə çıxmasına qadağa qoyuldu. 65 yaşdan yuxarı insanların yenidən çölə çıxmasına qadağa qoyula bilərmi?

 

Deputat Azər Badamov bildirib ki, bununla bağlı qərarları Operativ Qərargah verir: "Karantin rejimində hansı məhdudiyyətlərin yenidən tətbiq olunacağını zaman göstərəcək: "Amma son günlərin yoluxması yüksəkdir. Amma ola bilsin ki, bir neçə gündən sonra infeksiyaya yoluxmalar sürətlə aşağı ensin və karantin rejimində daha çox yumşalmalar həyata keçirilsin. Həm də bunun tamamilə əksi də ola bilər. Yəni, gündəlik yoluxmaların dinamikasında sürətli artım müşahidə olunsun və yenidən daha sərt karantin rejimi yenidən gündəmə gəlsin. Hər şey insanların əlindədir. Biz üzərimizə düşən sosial məsuliyyətimizi dərk edərək qəragahın tələb və tövsiyyələrini icra etsək heç bir məhdudiyyətə ehtiyac qalmaycaqdır".sonxeber

Tarix: 15 İyun 2020, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin