BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kasıbı evindəki qızılları satdıraraq əməliyyata soxan obraza heç kim inanmayacaq”

CAMAAT İNANMIR

 

İnanmırlar.

 

İnanmazlar da.

 

Niyə də inansınlar ki?

 

İllərlə o qədər gündəlik görülən həqiqətə zidd olan yalan uydurulub ki, insanlar artıq dövlət rəsmisinin dediyi "ağa" belə "qara" deyirlər. Kiçik yaşlarımızda oxuduğumuz "yalançı çoban" nağılını canlı yaşayırıq.

 

Ən son sübut qalamız həkimlərdir - onlar işin içində və imdad edirlər: VİRUS VAR. Amma insanlar inanmır.

 

Bilirsiniz niyə?

 

İllərlə insanları lazımsız laboratoriyaya göndərən, MRT, KT, UZİ yazdıran və ordan faizini alan, farmakologiya firmaları ilə "əməkdaşlıq" edərək onların dərmanlarını qutularla lazım oldu-olmadı insanlara sırıyan, müalicə yerinə kasıbı evindəki qızılları satdıraraq əməliyyata soxan OBRAZA heç kim inanmayacaq... BÜTÜN həkimlər belə deyil, təbii ki...

 

Amma bu gün həkimlərin sözünə olan inam azalıb.

 

Fəxri Ağayev

 

Biznes konsultant

Tarix: 15 İyun 2020, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin