BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi ailəsinə biganə yanaşan yeznəsini döyərək xəsarət yetirdi

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zamin Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.


İttihama görə, hadisə 16 avqust 2024-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində qeydə alınıb.


Belə ki, Zamin Əsədov bacısının xahişi ilə qadının ailə üzvləri ilə birlikdə yaşadığı evə gəlib. Bacısı bildirib ki, onun əri, zərərçəkmiş Mahir Muradov (şərti) ailəsinə qayğı, diqqət göstərməyir, biganə yanaşır. Bir qədər sonra zərərçəkmiş evə gəlir. Zamin yeznəsinə bacısının şikayətlərini çatdıraraq ona irad bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə təqsirləndirilən şəxs Mahirin üzərinə hücum edib qəsdən yumruq zərbələri ilə onun sifət, alın, baş nahiyələrinə ardıcıl vuraraq yüngül zərər yetirib.


Hadisədən sonra Zamin Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 



Tarix: 17 Oktyabr 2024, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin