BURADA REKLAMINIZ OLA
BİLƏR

Başqa qadınlarla ünsiyyət saxlayan kişi arvadını döydü – MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Namiq Səttarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.


İttihama görə, hadisə 01 avqust 2024-cü il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində qeydə alınıb.


Belə ki, Namiq Səttarov ailə üzvləri ilə birlikdə yaşadığı evdə həyat yoldaşı, zərərçəkmiş Nərminə Səttarova (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə onun başqa qadınlarla ünsiyyət saxlaması ilə bağlı arvadının şifahi irad bildirməsi olub. Bu zaman təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə əsəbiləşərək qadının üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə onun əl, qol, kürək, ayaq və bədəninin müxtəlif nahiyələrinə vurub.


Daha sonra Nərminə Səttarova DİN-nin “102 xidməti”nə zəng edərək məlumat verib, əri cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 


Tarix: 17 Oktyabr 2024, 11:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin