BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun tikintisində iştirak edən şirkətə protokol yazıldı

"CPS Construction" MMC-nin rəhbəri İqbal Baxışova inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-ci (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

O, protokoldan şikayət verib. İş Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik hissəsinin tikintisində iştirak edir. "CPS Construction" 2010-cu ildə "RAO Global GmbH" MMC tərəfindən təsis edilən "Ağstafa Aqrar Sənaye Kompleksi" MMC-nin törəmə strukturudur. Qrup iş adamı Rəsul Orucova məxsusdur. R.Orucov Dövlət Vergi Xidmətinin istintaqında vergi cinayətlərində, milyonlarla dövlət vergisini ödəməkdən yayınmaqda ittiham olunaraq və 3 fevral 2022-ci il tarixində Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Müdafiə tərəfinin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

 

Xəyal Quliyev

Tarix: 17 Oktyabr 2024, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin