BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə məktəblini avtomobillə vuraraq öldürən şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə Bakıda yol qəzası törətməkdə təqsirləndirilən Elsevər Dədəcanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 
Qeyd: "Volkswagen Tuareg" markalı avtomobillə 2016-cı il təvəllüdlü İbrahim Məmmədovu vuraraq öldürən 1981-ci il təvəllüdlü E.Dədəcanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.
 


Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə İbrahimin atası Orxan Məmmədov və digər şahidlər E.Dədəcanovun ötən il aprelin 29-u saat 23:30 radələrində avtomobillə yüksək sürətlə hərəkət etdiyini deyiblər. O.Məmmədov Elsevəri oğlunu maşınla vurduqdan sonra döydüyünü etiraf edib.
 

Ağır xəsarət alan 7 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.
 

Məhkəmənin hökmü ilə E.Dədəcanova 3 il sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətə həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. 

 

Kamal Məmmədov

 

 

Tarix: 18 Oktyabr 2024, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin